İspaniya La Liqasının Hakimlər Komitəsi 17-18-ci turdan sonra bu mövsüm 10 hakim və VAR səhvini müəyyən edib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, ən çox “Atletiko”nun xeyrinə səhv qərarlar verilib – 2 dəfə.
"Barselona"nın lehinə isə bir dəfə qərar verilib. “Real” (Madrid) da hakim səhvinə məruz qalıb.
Belə ki, “Real Sosyedad”la(2:1) matçda matçda hakim “kral klubu”nun üzvü Din Huysenə qırmızı yox, sarı vərəqə göstərməli idi.
Hakimlər Komitəsi VAR-ın da oyunlar zamanı səhvlərinin olduğunu qeydə alıb.
