5 qol vuruldu, "Bavariya" qalib gəldi - VİDEO

22:10 - 21 Fevral 2026

Almaniya Bundesliqasında 23-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün lider "Bavariya" doğma meydanda "Ayntraxt"ı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 60-a yüksəldən "Bavariya" liderliyini davam etdirir. 31 xalı olan "Ayntraxt" isə 7-ci yerdədir.

"Bavariya" - "Ayntraxt" 3:2
Qollar:
Aleksandar Pavloviç, 16, Harri Keyn, 20, 68 - Yonatan Burkadt, 77 (pen), Arno Kalumuendo, 86

Xəbər xətti