"Mançester Yunayted" mövsümün sonunda klubdan ayrılacağını açıqlayan Kazemiroy əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasl"da çıxış edən Bruno Gimaraeşi transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
"Mançester Yunayted" yayda Braziliya millisinin üzvünü heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 41 milyon avroya transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
