“Juventus” rəsmi olaraq Veston Makkenni ilə müqavilənin uzadıldığını açıqlayıb. Yeni anlaşma 27 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2030-cu ilə qədər qüvvədə olacaq.
Sportal.az xəbər verir ki, amerikalı futbolçu 2020-ci ildən Turin klubunda çıxış edir. Bu müddətdə o, 220 oyuna çıxıb, 26 qol vurub və 26 məhsuldar ötürmə edib.
Yeni müqaviləyə əsasən Makkenni ildə təxminən 4 milyon avro qazanacaq və maaşı hər mövsüm bir qədər artacaq.
saytlarin hazirlanmasi
