"Turan Tovuz"un kapitanı: "İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq"

11:18 - 3 Mart 2026

"Meydana qalibiyyət üçün çıxmışdıq. Amma bunu reallaşdırmaq alınmadı. Halbuki qol şanslarımız da az deyildi. Sadəcə sonluğu gətirə bilmədik. Nə etmək olar, artıq matç geridə qalıb. Növbəti oyuna hazırlaşmalıyıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman deyib. 

O, komandasının ölkə kubokunun ¼ final mərhələsinin “Kəpəz”ə qarşı keçiriləcək cavab görüşündən gözləntilərini də bölüşüb: "Doğrudur, bizim bir az üstünlüyümüz var. Amma bu, heç nəyi həll etmir. Oyuna ciddi yanaşmaq lazımdır. Qalib gəlsək, yarımfinala vəsiqə qazanacağıq. Orada isə ya “Zirə”, ya da “Sumqayıt”la qarşılaşacağıq. Hər iki komanda güclüdür".

Toqolu futbolçu “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanmaq şansını isə bu cür dəyərləndirib: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq. Biz hazırda avrokuboklara vəsiqə verən zonadayıq, amma arxayınlaşmaq olmaz. Həm kubokda, həm də Premyer Liqada sona qədər mübarizə aparmalıyıq".

Mirbağırağa
 

Xəbər xətti