Messidən karyerasında 901-ci qol - Ronaldodan 64 qol geridədir

23:16 - 22 Mart 2026

Lionel Messi "İnter Mayami"nin heyətində "Nyu-York Siti" ilə "Major League Soccer" matçında (2:2) qol vurub.

Sportal.az xəbər verir ki, argentinalı ulduz 61-ci dəqiqədə fərqlənib və bu qol onun karyerasında 901-ci qol olub (1143 oyunda). Onun hesabında həmçinin 407 assist var.

Messinin qollarının bölgüsü:

"Barcselona" – 672 qol

Argentina millisi – 115 qol

"İnter Mayami" – 80 qol

PSJ – 32 qol

Müqayisə üçün, Kriştiano Ronaldo ("Əl-Nəsr") karyerasında 965 qol vurub (1312 oyunda).

Xəbər xətti