Qvardiolanın 40-cı titulu - yalnız Ferqyusondan geri qalır

00:19 - 23 Mart 2026

Pep Qvardiola məşqçi karyerasında 40-cı titulunu qazanıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ispaniyalının rəhbərliyi altında İngiltərə Liqa Kubokunu qazanaraq finalda "Arsenal"ı 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, Qvardiola bu göstəriciyə çatan ikinci məşqçi olub. Birinci isə Aleks Ferqyusondur. Onun hesabında 49 titul var.

Qvardiolanın titulları klublar üzrə:

"Barselona" – 14 titul

"Bavariya" – 7 titul

"Mançester Siti" – 19 titul

O, “Barselona” ilə 3 dəfə La Liqanı, 2 dəfə İspaniya Kubokunu, 3 dəfə İspaniya Superkubokunu, 2 dəfə UEFA çdmpionlar Liqasını, həmçinin UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

“Bavariya” ilə 3 Bundesliqa, 2 Almaniya Kuboku, həmçinin UEFA Superkuboku və klublararası dünya çempionluğu əldə edib.

“Mançester Siti” ilə isə 6 dəfə İngiltərə çempionu olub, 5 dəfə Liqa Kubokunu, 3 dəfə Superkuboku, 2 dəfə İngiltərə Kubokunu qazanıb, həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında qalib gəlib.

Xəbər xətti