"Mançester Yunayted"ə geri dönəcək

11:48 - 26 Mart 2026

İngiltərə millisinin üzvü Markus Reşford hazırda icarədə olduğu “Barselona”dan "Mançester Yunayted"ə geri qayıda bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Kataloniya klubu ingilis futbolçunun 30 milyon avroya transfer seçimini aktivləşdirməsə, hücumçu "qırmızı şeytanlar"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti