"Haaland şahmata maraq göstərməyə başlayıb, məşğul olur və yaxşı oynamaq istəyir"

22:32 - 26 Mart 2026

FIDE rəhbəri Arkadi Dvorkoviç Erlinq Haalandın şahmata marağı barədə danışıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti" və Norveç millisinin hücumçusu "Total Chess World Championship" turunun investorlarından biri olub.

“Onun ailə üzvləri, menecerləri və tərəfdaşları ilə danışmışam. Hamısı təsdiqlədi ki, Erlinq şahmata maraq göstərməyə başlayıb və artıq məşğul olur. O, yaxşı oynamaq istəyir. Yarış sisteminin ideyası onun xoşuna gəlib və layihəyə sərmayə qoymaqla yanaşı, yeni tərəfdaşların cəlb olunmasına da kömək edib.

Futbolçuların şahmata marağı, əlbəttə ki, bu oyunun populyarlığı üçün çox faydalıdır. Ümid edirəm ki, bu, futbol bacarıqlarını da inkişaf etdirir. Öz təcrübəmə görə deyə bilərəm ki, şahmat oynayanda meydanda variantları hesablamaq daha asan olur,” – deyə FIDE rəhbəri bildirib.

Xəbər xətti