Mbappe rekordun bir addımlığında

15:50 - 27 Mart 2026

Fransa millisi yoldaşlıq görüşündə Braziliya üzərində 2:1 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, bu oyunda Fransa yığmasının hücumçusu Kilian Mbappe fərqlənib. 27 yaşlı forvard 32-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Bu, Mbappenin milli komandada ardıcıl yeddinci oyundu vurduğu qol olub. "Real"ın futbolçusu 1990-cı ilin sentyabrından 1991-ci ilin noyabrınadək ardıcıl yeddi oyunda qol vuran Jan-Pyer Papenin rekordunu təkrarlayıb.

Mbappe Braziliyadan əvvəl Ukrayna ilə iki oyunda, həmçinin Azərbaycan, İslandiya, Almaniya və İspaniya millilərinə qarşı da fərqlənmişdi.

Bundan əlavə, Kilian Mbappe Fransa millisinin bombardiri rekorduna da yaxınlaşıb. O, millidə 56-cı qolunu vurub. Rekord isə 57 qolla Olivye Jiruya məxsusdur.

Xəbər xətti