"Real" onunla yollarını ayıracaq

16:26 - 27 Mart 2026

Dani Sebalyos mövsümün sonunda "Real"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçi "kral klubu"nun gələcək planlarına daxil deyil. 29 yaşlı futbolçunun 2027-ci ilin 30 iyun tarixində başa çatan müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. İspaniya millisinin sabiq üzvüü cari mövsümdə Madrid təmsilçisinin heyətində 22 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti