"Qalatasaray"ın Hakan Çalhanoğlu planı

17:17 - 27 Mart 2026

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "İnter"də çıxış edən Hakan Çalhanoğludur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" Türkiyə millisinin üzvünü mövsümün sonunda heyətinə qatmağa çalışacaq. "Qalatasaray" yayda 1 illik müqaviləsi qalacaq 32 yaşlı futbolçu üçün İtaliya klubuna 10 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti