Alessandro Bastoni "Barselona"ya keçmək istədiyini bildirib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, katalon klubu 26 yaşlı müdafiəçinin transferində ciddi maraqlıdır, lakin "İnter" ilə hələ rəsmi danışıqlar başlamayıb, baxmayaraq ki, italyan klubu buna açıqdır.
Əsas problem oyunçunun qiymətidir. Bastoninin bazar dəyəri təxminən 70 milyon avrodur və bu, “Barselona” üçün hələ də çox yüksək sayılır.
Bundan əlavə, “Barselona” hazırda transfer siyasətində mərkəz hücumçusuna üstünlük verir, bu səbəbdən bu keçid arxa plana keçə bilər.
saytlarin hazirlanmasi
