Quliyev Rumıniyaya yollanacaq

14:48 - 29 Mart 2026

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir  ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.

A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.

Xəbər xətti