Premyer Liqa klubları menecerlərə yarım milyona yaxın pul xərcləyib

19:49 - 1 Aprel 2026

İngiltərə Premyer Liqası klubları il ərzində agent xidmətlərinə 460 milyon funt-sterlinqdən çox vəsait xərcləyib.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs İngiltərə Futbol Assosiasiyasının hesabatına istinadən məlumat verib.

Açıqlanan məlumatlara əsasən, 1 fevral 2025-ci ildən 1 fevral 2026-cı ilədək olan dövrdə menecerlərə edilən ümumi ödənişlər 460,3 milyon funt-sterlinq təşkil edib. Ən böyük xərci Çelsi edib - 65,1 milyon.

İlk "üçlüy"ə həmçinin "Aston Villa" (38,4 milyon) və "Mançester Siti" (37,3 milyon) daxil olub. Digər TOP klublar da əhəmiyyətli məbləğlər xərcləyib - "Liverpul" (33,8 milyon), "Arsenal" (32,1 milyon) və "Mançester Yunayted" (31,7 milyon).

Reytinqin orta pillələrində "Tottenhem" (21,3 milyon), "Nyukasl" (20,2 milyon), "Vulverhempton" (25,9 milyon), "Vest Hem" (18,3 milyon), "Bornmut" (20,8 milyon), "Brayton" (19,5 milyon) və "Kristal Pelas" (16,8 milyon) qərarlaşıb.

Agent xidmətlərinə ən az xərci isə "Bernli" edib — 7,3 milyon. Nisbətən aşağı göstəricilərə malik digər klublar arasında "Everton" (9,9 milyon), "Sanderlend" (10,6 milyon) və "Fulhem" (11,4 milyon) da yer alıb.

Xəbər xətti