Renatın komandası səfərdə uduzdu

11:51 - 18 Aprel 2026

Futbol üzrə Polşa çempionatında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Motor" səfərdə "GKS Katovice"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Renat bu matçda iştirak etməyib. 26 yaşlı forvard sona qədər ehtiyatda qalıb.

29 turdan sonra 39 xal toplayan "Motor" turnir cədvəllinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti