"Utrext"in müdafiəçisi Suffian El-Karuani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" mərakeşli futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
El-Karuaninin Niderland klubu ilə müqaviləsi mövsümün sonunda abaşa çatır. İstanbul nəhəngi 25 yaşlı sol cinah müdafiəçisinə 3 illik müqavilə və illik 3 milyon maaş təklif edib.
Qeyd edək ki, Suffian El-Karuani 2023-cü ilin yayından "Utrext"də çıxış edir. Mərakeş millisinin üzvü bu mövsüm Eredivizie təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
