"Sportinq"in müdafiəçisi "Milan"a keçə bilər

13:40 - 18 Aprel 2026

"Sportinq" müdafiəçisi Usman Diomande karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" Fil Dişi Sahili millisinin üzvünün xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Rossonerilər" Diomandeni uzun müddətdir yaxından izləyir. A Seriyası nəhəngi 22 yaşlı futbolçunu yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni 2023-cü ilin yanvarında "Midyullann"dan 14,5 milyon avroya transfer edib. Mərkəz müdafiəçisi bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti