Bizon Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsini adlayan “Zirə” və “Sabah” həlledici matça vəsiqə qazanıblar.
“Zirə” “Turan Tovuz”u (2:0, 0:0), “Sabah” “Qarabağ”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb. Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/22 və 2023/24 mövsümlərində həlledici matçın iştirakçısı olub.
“Sabah” isə həm tarixində, həm ardıcıl ikinci dəfə finalda oynayacaq. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də qarşılaşacaq rəqiblərin əvvəlki final oyunlarında eyni komanda ilə - “Qarabağ”la qarşılaşıblar.
Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda final oynayıb: “Qarabağ” – 12, “Neftçi” - 11, “Şamaxı” – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı”, “Zirə” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Sabah” – 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” L, “İnşaatçı” Sb – 1.
saytlarin hazirlanmasi
