"Mançester Yunayted" və "Napoli" kolumbiyalı yarımmüdafiəçi ilə maraqlanır

20:43 - 23 Aprel 2026

Riçard Rios mövsümün sonunda "Benfika"dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, üç klub kolumbiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.

"Mançester Yunayted", "Fulhem" və "Napoli" Riosu transfer etmək istəyir. Portuqaliya 25 yaşlı futbolçunu 45 milyon avrodan aşağl satmağı düşünmür.

Qeyd edək ki, "Benfika" Riçard Riosu mövsümün əvvəlində "Palmeyras"dan 27 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü olan dayaq yarımmüdafiəçisi Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti