Nəriman Axundzadə oynamadı, komandası qalib gəldi

10:55 - 26 Aprel 2026

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-də növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, Nərimanın komandası "Filadelfiya Union"la qarşılaşıb.

"Kolumbus Kryu" bu görüşdə rəqibinə 2:0 qalib gəlib.

Nəriman bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb. "Kolumbus Kryu" 10 turdan sonra 12 xalla 8-ci pillədədir. 

Xəbər xətti