"Liverpul"ul ulduz futbolçusu Məhəmməd Salahın mövsümün qalan hissəində oynamayacağı ehtimal olunurdu.
Sportal.az xəbər verir ki, misirli vingerin zədəsi gözlənildiyi qədər ciddi deyil. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Salah mövsümün son oyunlarda meydana çıxa biləcək.
33 yaşlı futbolçu Premyer Liqanın 34-cü turunun "Kristal Pelas"la matçında (3:1) ayaq əzələsindən zədə alıb.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
