Böyük Dəbilqə: İki cüdoçumuz mübarizəyə başlayır

10:33 - 9 May 2026

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində iki cüdoçumuz tatamiyə çıxacaq.

Sportal.az xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə qarşılaşacaq. 

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

Xəbər xətti