Hamzat Çimayev ilk dəfə məğlub oldu

10:16 - 10 May 2026

"UFC 328" turnirində orta çəkidə kəmərin sahibi dəyişib.

Sportal.az xəbər verir ki, titul döyüşündə Hamzat Çimayev Şon Ştriklendlə üz-üzə gəlib.

Beş raund davam edən görüşdə Şon hakimlərin qərarı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu, Çimayevin peşəkar karyerasında ilk məğlubiyyəti kimi tarixə düşüb.

Xəbər xətti