Millimizin üzvü oynadı, komandası uduzdu

11:48 - 10 May 2026

Cənubi Koreya çempionatında 13-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" öz meydanında "Pohanq"la qarşılaşıb və 0:2 uduzub.

Krivotsyuk da bu görüşdə meydana çıxıb.

26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Krivotsyuk 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Daejeon" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti