Millimizin üzvü iştirak ərizəsinə daxil edilmədi

00:14 - 11 May 2026

Albaniya Superliqasında 36-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" doğma meydanda "Dinamo Tirana" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal İsgəndərli matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Partizani" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb. 

Xəbər xətti