"Turan Tovuz"un futbolçusu üçün 200-cü oyun

14:59 - 11 May 2026

Misli Premyer Liqasının XXXI turu Rəhim Sadixov üçün yubileylə əlamətdar olub.

Sportal.az “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. “Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Xəbər xətti