Kilian Mbappe bu mövsüm "Real"ın qalan ev oyunlarında oynamaq istəmir.
Sportal.az xəbər verir ki, hücumçu La Liqanın 35-ci turunda “Kamp Nou”da keçirilən El-Klasikonu (“Barselona”ya qarşı 0:2) buraxdı. Bildirilirdi ki, aprelin 24-dən zədə səbəbindən oynamayan fransalı futbolçu oyundan bir gün əvvəl “Real”ın məşqinin bitməsinə 5 dəqiqə qalmış narahatlıq hiss edib. Lakin başqa bir versiyaya görə, Kilian matça ehtiyat oyunçular skamyasında başlayacağını öyrəndikdən sonra məşqi tərk edib.
"The Athletic" nəşrinin məlumatına görə, Mbappe daha əvvəl azarkeşlərin onu bir neçə dəfə fitə basdığı üçün mövsümün qalan hissəsində “Santyaqo Bernabeu”da keçiriləcək oyunlarda iştirakdan yayınmağa üstünlük verir. Qeyd olunur ki, hazırda klub hücumçunun zədədən sonra nə vaxt qayıdacağını dəqiq bilmir.
Mövsümün qalan oyunlarında "Real" “Oviedo” ilə (14 may, evdə), “Sevilya” ilə (17 may, səfərdə) və “Atletik” ilə (24 may, evdə) qarşılaşacaq.
saytlarin hazirlanmasi
