"Qarabağ"a qarşı matçımız maraqlı alındı. Onların gücünü yaxşı başa düşürdük. Hamı bilir ki, "Qarabağ" çox keyfiyyətli və güclü komandadır. Əlbəttə ki, bizə çətin oldu. Amma yaxşı mübarizə aparmağı bacardıq və sonda bir xal əldə etdik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin kapitanı Murad Musayev deyib.
O, Ağdam klubu ilə görüşdə xal qazanmalarına baxmayaraq, Premyer Liqada qalmağı təmin edə bilməməkləri haqda danışıb.
Bununla yanaşı, Musayev "Qəbələ"nin Premyer Liqanı 11-ci pillədə başa vuracaqları haqda fikirlərini bildirib:
"Bəli, mənim üçün üzücü nəticədir. Çünki istəyirdik ki, Premyer Liqanı daha yaxşı yerlərdə başa vuraq. Çox gözəl futbol oynayan komandayıq. Hər kəs meydanda nə etdiyini bilir və onun üzərində də çox dururuq. Üzücü o oldu ki, çox yaxşı oyunlar oynayıb, qələbə qazana bilədik. İndi pley-off matçına çıxacağıq. I Liqa klublarına gəldikdə, istənilən klub bizim üçün ciddi rəqib olacaq. Çünki bu oyun bizim üçün çox önəm kəsb edir. Biz meydanda sona qədər bütün gücümüzü qoyacağıq. Hər şeyin yaxşı olacağına inanıram".
Mirbağırağa
