Dünya çempionatında oynayacaq - 40 yaşında milliyə dəvət edildi

11:34 - 12 May 2026

Bosniya və Herseqovina millisinin DÇ-2026 üçün heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, yığma komandaya dəvət alanlar arasında Edin Dzeko da var.

Milli komandanın kapitanı olan 40 yaşlı forvard da dünya çempionatına yollanacaq.

Amma bu, "Şalke"nin hücumçusu üçün son mundial olacaq. Belə ki, o, DÇ-dən sonra aktiv futbolçu karyerasını böyük ehtimalla başa vuracaq.

Əlavə edək ki, Bosniya və Herseqovina mundialda Kanada, Qətər və İsveçrə ilə birlikdə D qrupunda yer alacaq.

Xəbər xətti