"Arsenal"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Ben Uayt sıradan çıxıb.
İngiltərəli futbolçu Premyer Liqanın 36-cı turunun "Vest Hem"lə səfər matçında (1:0) zədələnib. Uaytın sağ dizində zədə aşkarlanıb.
28 yaşlı sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqasının mayın 30-da PSJ ilə keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək. İngiltərə millisinin üzvünün iyunda başlayacaq dünya çempionatında iştirakı da şübhə altındadır.
Qeyd edək ki, "Arsenal" Ben Uaytı 2021-ci ilin yayında "Brayton"dan 58,5 milyon avroya transfer edib. Təcrübəli oyunçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
