II Liqada XXVII turun oyun cədvəli açıqlanıb.
Sportal.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq. Matçlar saat 17:00-da start götürəcək.
17 may (bazar)
“Kür-Araz” – “Araz Saatlı”
Heydər Əliyev adına İmişli şəhər stadionu
“Göygöl” – “Ağdaş”
Göygöl OİK stadionu
“Ağstafa Gəncləri” – “Sheki City”
Ağstafa şəhər stadionu
18 may (bazar ertəsi)
“Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu
“Şəmkir” – “Xankəndi”
Şəmkir OİK stadionu
“Quba” – “Dinamo”
Quba OİK stadionu
