Kilian Mbappe Fransa millisinin bəzi oyunçularının mənşəyinə görə tənqid olunması ilə fikrini bildirib.
Sportal.az xəbər verir ki, ulduz futbolçu öz açıqlamasında bunları qeyd edib:
“Bu mövzudan kənarda belə, düşünürəm ki, bu sadəcə mədəni bir xüsusiyyətdir. Biz fransızıq! Fransızlar şikayət etməyi sevirlər. Fransızlar bədbəxt olmağı xoşlayırlar. Buna görə də fransızlar fransızları qınayırlar, nəticə belə alınır. Məncə, fransızlar bədbəxt olanda xoşbəxt olurlar. Çünki bu doğrudur, biz hər şeyi tənqid edirik. Mən “biz” deyirəm, çünki mən də eləyəm!
Amma düşünürəm ki, yeni nəsillər bu düşüncə tərzinin dəyişməsinə çalışırlar. Və bizim məqsədimiz ölkəmizi mümkün olan ən yaxşı şəkildə təqdim etməyə çalışmaqdır. Çünki biz daha çox mənfi, qaranlıq tərəfdən danışırıq, amma məncə, bizim dünyaya ilham verən, gözəl dəyərləri və mədəniyyəti ilə nümunə olan möhtəşəm bir ölkəmiz var. Amma həqiqətən də fransızlar öz oyunçularının hamısını məhv etməyə çalışıblar!"
saytlarin hazirlanmasi
