"Əl-Nəssr" bu gün Səudiyyə Ərəbistanı çempionu olma şansını əldən verib. Kriştiano Ronaldonun çıxış etdiyi komanda, təxirə salınmış 32-ci turun ev oyununda "Əl Hilal" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qonaqlar ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə qapıçı Bento Mateuş Krepskinin avtoqolu ilə hesabı bərabərləşdiriblər. O, autdan göndərilən topu saxlamaq istəyərkən səhv edib.
Bu oyunda qələbə olsaydı, “Əl-Nəssr” çempionluğu təmin edəcəkdi. Komanda 33 oyundan sonra 83 xalla turnir cədvəlinə liderlik edir və 2-ci yerdəki “Əl-Hilal”ı 5 xal qabaqlayır (rəqibin bir oyunu azdır).
Qeyd olunur ki, xal bərabərliyi halında şəxsi oyunlardakı üstünlükə görə “Əl-Hilal” önə keçəcək.
Beləliklə, “Əl-Nəsr” çempionluğu yalnız son turda "Damak" üzərində qələbə ilə təmin edə bilər. “Əl-Hilal” isə son iki oyunda maksimum nəticə qazanıb, “Əl-Nəsr”in xal itirməsini gözləməlidir.
saytlarin hazirlanmasi
