İspaniyanın "Xetafe" klubu baş məşqçi Xose Bordalasla yola davam edəcək.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi ispaniyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
62 yaşlı məşqçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Xose Bordalasın rəhbərlik etdiyi "Xetafe" La Liqada 2025/2026 mövsümünü 51 xalla 7-ci pillədə başa vurub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
