"Mançester Siti"dən Qvardiol qərarı

19:50 - 8 İyun 2026

"Mançester Siti" bir neçə klubun transfer siyahısında yer alan Yoşko Qvardiolla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi xorvatiyalı futbolçunun 2028-ci ilin yayında başa çatan müqaviləsinin müddətini artıracaq. Bu barədə BBC televiziyası məlumat yayıb.

Klub artıq Qvardiolla yeni sözləşmə üçün danışıqlara başlayıb. Danışıqların müsbət istiqamətdə getdiyi bildirilir.

Qeyd edək ki, "Mançester Siti" Yoşko Qvardiolu 2023-cü ilin yayında "Leyptsiq"dən 90 milyon avroya transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti