İnsayder Fabritsio Romanonun məlumatına görə, "Barselona" Hamza Karimin satınalma bəndini aktivləşdirərək onun transfer hüquqlarını "Əl Əhli"dən alıb.
Sportal.az xəbər verir ki, transferin məbləği 1,5 milyon avro və əlavə bonuslardan ibarət olacaq.
Kataloniya klubunda hesab edirlər ki, 18 yaşlı hücumçu gələcək üçün böyük potensiala malikdir. O, 2026-cı ilin yanvarında “Barselona”nın sisteminə qoşulub və altı aylıq çıxışından sonra klub onunla uzunmüddətli əməkdaşlıq etmək qərarına gəlib.
Karim 2026-cı il DÇ-2026-da Misir yığmasının heyətində çıxış edəcək.
saytlarin hazirlanmasi
