Cənubi Koreya millisi DÇ-2026-da ilk qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, asiyalılar ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundialın ilk turunda Çexiya ilə qarşılaşıb.
A qrupunun ikinci görüşü çərçivəsində Cənubi Koreya yığması rəqibinə 2:1 qalib gəlib.
Bu qrupun ilk matçında - mundialın açılış duelində Meksika Cənubi Afrika Respublikasını məğlub edib.
DÇ-2026
A qrupu
Cənubi Koreya - Çexiya 2:1
Qollar:Hvan in Bum 67, Oh Hyen Gyu 80- Kreyçi 59
Xal durumu: Meksika - 3 xal, Cənubi Koreya - 3 xal, Çexiya - 0 xal, Cənubi Afrika Respublikası - 0 xal
saytlarin hazirlanmasi
