"Mançester Siti" Jeremi Dokunun müqaviləsinin müddətini artıracaq.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi artıq belçikalı vingerlə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dokunun 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməsi daha 3 il uzadılacaq. Yeni anlaşmada 24 yaşlı futbolçunun maaşı da artacaq.
Qeyd edək ki, "Mançester Siti" Jeremi Dokunu 2023-cü ilin yayında "Renn"dən 60 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 47 rəsmi matçda 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
