"Liverpul" "İnter"dən gələn təklifi qəbul etmədi

22:25 - 21 İyun 2026

"Liverpukl" "İnter"in Kurtis Cons üçün etdiyi təklifi rədd edib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Milan təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro təklif etsə də, “Liverpul” bu məbləği kifayət hesab etməyib və daha yüksək transfer haqqı tələb edir.

Hazırda klublar arasında danışıqların irəliləmədiyi bildirilir və tərəflər mövqelərində qalırlar.

Cons ötən mövsüm Premyer Liqada 34 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Liverpul”un futbolçuya hələ də dəyərli heyət üzvü kimi baxdığı və onu ucuz qiymətə buraxmaq istəmədiyi qeyd olunur.

Xəbər xətti