Anderson tibbi müayinədən uğurla keçdi - "Mançester Siti" üçün

22:04 - 29 İyun 2026

Elliot Anderson "Mançester Siti"yə keçid öncəsi tibbi müayinədən keçib.

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ABŞ-da tibbi baxışdan keçib. O, bunun üçün İngiltərə millisindən icazə alıb. Hazırda Anderson DÇ-2026-da İngiltərə millisinin düşərgəsindədir.

Bundan əvvəl bildirilmişdi ki, "Nottingem" bu transferdən 116 milyon funt sterlinq gəlir əldə edəcək.

Anderson ötən mövsüm Premyer Liqada 38 oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti