"Zirə"nin rəqibi bəlli oldu

22:25 - 29 İyun 2026

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama matçında daha bir rəqibi bəlli olub.

Sportal.az xəbər verir ki,  Rəşad Sadıqovun komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq. Matç iyunun 30-da Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu “Navbahor”la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub. 

Xəbər xətti