Adı "Barselona" ilə hallanan forvard "Bavariya"da qalmaq istəyir

23:40 - 29 İyun 2026

İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını "Bavariya"da davam etdirmək istəyir.

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçunun əsas prioriteti Münhen klubu ilə müqaviləsini uzatmaqdır. Hazırkı müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır. Keynin ailəsi də Almaniyada qalmaq niyyətindədir.

Bildirilib ki, yeni müqavilə ilə bağlı konkret danışıqlar dünya çempionatı başa çatdıqdan sonra başlayacaq.

Eyni zamanda,"Barselona"nın təcrübəli hücumçu ilə maraqlanması barədə yayılan məlumatlar hazırda təsdiqini tapmayıb.

Xəbər xətti