Argentina millisinin üzvü: "Üç ildir bu qolu arzulayıram"

12:35 - 8 İyul 2026

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes DÇ-2026-nın 1/8 final mərhələsinin Misir üzərində qazanılan qələbə(3:2) və vurduğu qol haqda danışıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Argentinanın mundialdakı hədəflərindən də bəhs edib:

"Qətərdə keçirilən dünya çempionatında bəri təxminən üç ildir ki, bu qolu arzulayıram. Belə anları yaşamaq imkanı verdiyi üçün Allaha şükür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarımı xüsusilə qeyd etmək istəyirəm: heç bir çətinliyə baxmayaraq, heç vaxt təslim olmayan inanılmaz bir qrupumuz var. Biz həmişə bir yerdəyik. Komanda yoldaşlarıma, məşqçilər heyətinə, bizi burada dəstəkləyənlərə və vətənimizdəki bütün argentinalılara təşəkkür edirəm. Daha bir addım irəli".

Xəbər xətti