"Zirə"nin "Torpedo"dan güclü olduğunu düşünürəm" - Gürcüstanda legioner olmuş azərbaycanlı

14:49 - 8 İyul 2026

Gürcüstanda futbolçu kimi legioner həyatı yaşamış Rasim Ramaldanov Sportal.az saytına açıqlama verib.

Vaxtı ilə "Kolxeti"(Poti) klubunun müdafiəçisi olmuş Ramaldanov bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" - "Torpedo"(Kutaisi) oyunu haqda danışıb.

Veteran futbolçu "Kolxeti"də çıxış edərkən, "Torpedo"ya qarşı oynadığını da xatırlayıb: "İlk növbədə bütün iştirakçılarımıza uğurlar arzulayıram. "Zirə" çempionatımızın ən stabil komandalarından biridir. Səviyyə baxımından da "Torpedo"dan qat-qat üstündürlər. Hər halda, biz bu rəqibi keçməliyik. Gürcüstan çempionatı davam edir. Bu da onlar üçün üstünlük ola bilər. Lakin Gürcüstan çempionatının səviyyəsi bizim liqadan aşağıdır. Gürcüstanda oynadığım üçün oradakı çempionatın gücünə bələdəm. "Zirə"nin həqiqətən də "Torpedo"dan güclü olduğunu düşünürəm. Mən orada oynadığım dönəmdə "Samtrediya" və "Dinamo" ilk pillələrdə gedirdi. "Torpedo"ya qarşı da oynamışam. Çempionat matçlarını xatırlayıram, yaxşı liqa idi. Lakin bizim çempionatın səviyyəsi daha üstündür".

Mirbağırağa

Xəbər xətti