"İmişli"də yeni təyinat

17:17 - 8 İyul 2026

“İmişli” PFK skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib. 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA ASSIST proqramlarının məzunu olan Rəsul Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdir. O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.

Xəbər xətti