İngiltərə millisinin müdafiəçisinə iki oyunluq cəza verildi

20:50 - 9 İyul 2026

İngiltərə milli komandasının müdafiəçisi Carrel Kuansanın cəzası məlum olub.

Sportal.az xəbər verir ki, FIFA 23 yaşlı futbolçuya iki oyunluq cəza verib. Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Kuansa 1/8 final mərhələsinin Meksika ilə matçında (3:2) birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın 1/4 finalında Norveçlə qarşılaşacaq. Matç iyulun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

Xəbər xətti