"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran Şotlandiya klubunun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, kolumbiyalı forvard xoşbəxt olduğunu bildirib:
"Çox xoşbəxtəm. "Seltik" kimi böyük bir kluba - Şotlandiyanın ən böyük klubuna imza atmaq xəyalımın gerçəkləşməsidir. İşimə başlamaq və qol vurmaq üçün səbirsizlənirəm. Maraq barədə ilk dəfə eşidəndə ağlımda heç bir şübhə olmadı. Komanda yoldaşlarımla oynamağı səbirsizliklə gözləyirəm. Çempionlar Liqasında oynamaq xəyalımın gerçəkləşməsi idi. Uşaqkən bunun xəyalını qurursan. Ona görə də qol vurmaq möhtəşəm idi. Burada, Çempionlar Liqasında qol vurmağa davam etmək istəyirəm.
Hər oyunda əlimdən gələni edir, böyük səy və fədakarlıq göstərirəm, ümid edirəm ki, qollar da gələcək. "Seltik"də oynayan ilk kolumbiyalı olmaq böyük şərəfdir. Ölkəmin milli komandasında oynamaq uşaqlıq arzum olub. Ümid edirəm ki, burada, "Seltik"də yaxşı çalışmaqla bir gün bu da gerçəkləşəcək. Baş məşqçiyə burada olduğum üçün nə qədər xoşbəxt olduğumu və çıxışlarımla onun etimadını doğruldacağımı bildirdim. Bu formanı geyinmək böyük şərəfdir. Ümid edirəm ki, bu il çempion olacağıq".
Qeyd edək ki, Kamilo Duran "Seltik"lə 5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
