"Qarabağ" Duranın satışından nə qədər qazanıb?

20:35 - 10 İyul 2026

"Qarabağ"ın hücumçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubuna transfer olunub.

Sportal.az xəbər verir ki, Azərbaycan klubunun bu keçiddən nə qədər gəlir əldə etdiyi məlum olub.

Nüfuzlu "Transfermarkt" portalı transferin qiymətini açıqlayıb. Ağdam təmsilçisinin kolumbiyalı hücumçunun keçidindən 6,44 milyon avro (təxminən 12,5 milyon manat) gəlir əldə etdiyi qeyd olunub.

Qeyd edək ki, Kamilo Duran "Seltik"lə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti