"Barselona" ilə "Borussiya" (Dortmund) Karim Adeyeminin transferi ilə bağlı bütün detallarda razılığa gəlib.
Sportal.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun alman vinger üçün 22 milyon avro və 7 milyon avro bonus ödəyəcəyi bildirilirdi. Transferin yekun məbləği 22 milyon avro + əldə olunması asan olan 9 milyon avro bonus təşkil edəcək.
Bundan əlavə, “Borussiya” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 35 faizini alacaq.
Adeyemi “Barselona” ilə 5 illik müqavilə imzalayacaq və illik 6 milyon avro xalis əməkhaqqı qazanacaq.
saytlarin hazirlanmasi
